BAKI, 30 dekabr — Sputnik. Türkiyəli həkim, professor Himət Yıldız yuxunun önəmindən danışıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, professor dərs zamanı bir neçə dəqiqəlik yatmağın şagirdlərə faydasından danışıb: "Şagirdlər dərs müddətində telefonla oyun oynayıb, mahnı dinləməkdənsə, bir neçə dəqiqəlik mürgüləsələr, daha çox nailiyyət əldə edə bilərlər. Bu zaman onlar öyrəndiklərini hafizələrində daha da möhkəmləndirmiş olacaqlar".
Bundan başqa həkim bağça uşaqlarının 10, orta məktəb uşaqlarının 9, kollec şagirdlərinin isə 8 saat yatmasının vacibliyini vurğulayıb.
"Normal yatan uşaqlar biliyi daha asan qavraya bilirlər. Onların hafizəsi digərləri ilə müqayisədə daha möhkəmdir" – deyə professor əlavə edib.