Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mais Ağayev: “Bakıya yeni avtobuslar gətiriləcək”

© Sputnik / Murad OrujovBakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, qarşıdakı aylarda həmin avtobusların paytaxta gətirilməsi nəzərdə tutulub
Mais Ağayev: “Son 3 ildə 300-dən artıq nəqliyyat vasitəsi alınıb”

“Avtobus nəqliyyatı ilə sərnişinlərə yüksək keyfiyyət və təhlükəsizlik baxımından xidmət göstərilməsi hər zaman dövlətin diqqətindədir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib

“Bu məqsədlə son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişin avtobusu gətilərək sərnişinlərin istifadəsinə verilib. Bu işlərin davamı olaraq daha 300 ədəd nəqliyyat vasitəsinin alınması üçün işlər aparılır. Qarşıdakı aylarda həmin avtobuslar BNA tərəfindən alınaraq paytaxta gətiriləcək. Onlardan 280 ədədi 12 metrlik, 20-si isə 18 metrlik avtobuslardır. Qeyd edim ki Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daşıyıcı şirkətlər tərəfindən avtobus parkının yenilənməsi istiqamətində də işlər aparılır”.

Mais Ağayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0