Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn il manatı nə gözləyir - ekspert şərhi

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı alim Müslüm İbrahimov deyir ki, xarici təsirlər hazırki məzənnənin qorunub saxlanmasına çətinliklər yarada bilər
Müslüm İbrahimov: “Devalvasiyanın olacağı və ya olmayacağı haqqında danışmaq çətindir”

“Manatın məzənnəsinin qorunub saxlanması dövlətin apardığı siyasətə tam uyğundur”. Bunu Sputnik Azərbaycan-a manatın məzənnəsi haqqında gələn il üçün proqnozlarını açıqlayarkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

Ekspert bildirib ki, biz qonşu ölkələrdə aparılan devalvasiya siyasətini də nəzərə almalıyıq: “Düşünürəm ki,  gələn il də manata xarici təsirlər olacaq. Bu da hazırki məzənnənin qorunub saxlanmasına çətinliklər yarada bilər. Ona görə də bir mənalı olaraq devalvasiyanın olacağı və ya olmayacağı haqqında danışmaq çətindir. Təbii ki, devalvasiyaya uğramış valyuta xarici ticarətə təsir edir, ancaq bu qısa müddətli xarakter daşıyır. O cümlədən qonşu ölkələrdə aparılan makroiqtisadi siyasət də bizə  təsir edə bilər. Çünki bizim əsas ticarət əlaqələrimiz bu ölkələrlədir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0