CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cavid Qurbanov yeni sürət qatarındakı qiymətlərdən danışdı

© Sputnik / Irade JELILBakı-Gəncə-Bakı sürət qatarının ilk sərnişinləri
Bakı-Gəncə-Bakı sürət qatarının ilk sərnişinləri - Sputnik Azərbaycan
Abunə olmaq
QSC sədri: "Bakı-Gəncə sürət qatarında bəzi yerlər bahadır, belə də olmalıdır"

BAKI, 29 dekabr - Sputnik. "Artıq Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov deyib. 

Qurum rəhbəri bildirib ki, sürət qatarında xidmət yüksək səviyyədədir: "Burada fərqli qiymətlər mövcuddur. Biznes-klass yerlər var. Bunlar bir qədər bahalıdır, belə də olmalıdır. İnsanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-Fi sistemi təkmilləşdiriləcək". 

O, qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb. 

Xəbər lenti
0