Milli Məclisin parlamentlərarası əlaqələr üzrə üç işçi qrupuna rəhbərlər seçilib

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджана
Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə səsə qoyularaq qəbul edilib

BAKI, 28 dekabr - Sputnik. Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbərlər seçilib. 

Sputnik Azərbaycan xəbər verir ki, Parlamentin plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsinə baxılıb.

Qərara əsasən, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyev seçilib.

Layihə səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0