Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Elektron formada qısa idxal bəyannaməsi verməyənlər cərimələnəcək

© Sputnik / Anar MustafayevКвитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива
Квитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qanun 2019-cu il fevralın 1-dən qüvvəyə minir

BAKI, 28 dekabr — Sputnik. Elektron formada qısa idxal bəyannaməsi verməyənlərə cərimələr tətbiq olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib.

Dəyişiklik Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməsini nəzərdə tutur.

Dəyişikliyə əsasən, qanuna 485.2-ci maddə əlavə edilib. Əlavəyə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə ediləcək.

Bu qanun 2019-cu il fevralın 1-dən qüvvəyə minir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0