SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Trampın qərarları seçkiqabağı bəyanatlarını təsdiq edir”

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, ABŞ qüvvələrinin Suriyadan çıxarılması onun bəyanatlarını təsdiq edir
Fikrət Sadıxov: “Suriyada ABŞ əsgərinin qanının tökülməsi ABŞ-ın maraqlarına cavab vermir”

“ABŞ bundan sonra dünya jandarmı olmayacaq”.  Bunu ABŞ preizendti Donald Tramp Bağdadın yaxınlığındakı ABŞ hərbi bazasında hərbçilərlə görüşü zamanı deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Trampın seçki qabağı kampaniyasında da bu fikirlər səslənirdi:

“O dəfələrlə demişdi ki, ABŞ qoşunları bir sıra regionlardan çıxmalıdır. Düzdür bunları riotik bəyanat kimi də qəbul edirdilər. Ancaq ABŞ qüvvələrinin Suriyadan çıxarılması onun bəyanatlarını təsdiq edir. Tramp anlayır ki, Suriyada ABŞ əsgərinin qanının tökülməsi ölkənin strateji maraqlarına cavab vermir. Həmçinin ABŞ-ın daxilində gedən proseslərin tənzimlənməsi üçün siyasi addımların atılması isə daha tez, müəyyən bir uğura nail olmaq olar”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0