Dekabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyət göstərdiyi (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon S.S.Axundov küçəsi 6) binanın əsaslı tikinti və yenidənqurmadan sonra açılış mərasimi keçirilib. Tikinti və yenidənqurma işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə həyata keçirilib.
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov Sputnik Azərbaycan-a deyir ki, teatr binasının bərpası onlar üçün mühim hadisədir: “Bizim üçün yaradılan şəraitə görə prezidentimizə, mədəniyyət nazirinə təşəkkür edirik. Artıq teatrımızın böyük və gözəl zalı var. Burada bir-birindən maraqlı və yeni tamaşalar oyanmğa hazırlaşırıq. İstərdik ki, teatrsevərlər də gəlib fəaliyyətimizlə tanış olsunlar”.
Qeyd edək ki, teatr binasının mövcud hissəsi 2 mərtəbəli, yeni inşa edilmiş hissəsi isə 4 mərtəbəlidir. Teatr binası hol, vestebul, inzibati otaqlar, qrim otaqları, mətbəx, sanitar qovşaqları və digər texniki xidmətlərdən, həmçinin 110 nəfərlik tamaşaçı zalından ibarətdir. 2-ci mərtəbədə professional səs, işıq operatorları və kinoproyeksiya otaqları yerləşir. Səhnə yenidən qurulmuş və yeni mexaniki avadanlıqlar quraşdırılıb.
Yadigar Muradovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz