Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistinin ayağı amputasiya olundu

© Sputnik / Nigar MaharramRamiz Əzizbəyli xəstəxana palatasında
Ramiz Əzizbəyli xəstəxana palatasında - Sputnik Azərbaycan
Abunə olmaq
Onun qanqrena olan ayağı barmaq hissəsindəın amputasiya olunub

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. “Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”.

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: “Atamın qanqrena olan ayağı son qərara əsasən nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır”.

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.

Xəbər lenti
0