BAKI, 27 dekabr — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi vəzifəsinə yeni təyinat olub. Sputnik Azərbaycan xəbər verir ki, bu posta Füzuli İsmayılov təyin olunub.
Qeyd edək ki, Füzuli İsmayılov uzun müddət televiziyada çalışıb. Daha sonra isə Dövlət Miqrasiya Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.