CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhaliyə fasiləsiz xidmət göstəriləcək

© Sputnik / Anar MustafayevДевушка разговаривает по телефону, фото из архива
Девушка разговаривает по телефону, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

BAKI, 27 dekabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli, fasiləsiz şəkildə təmin edilməsinə dair strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlara, həmçinin digər telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Avtovağzal - Sputnik Azərbaycan
Dövlət qurumları gücləndirilmiş rejimdə işləyəcək

NRYTN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

Şəhərlərarası nəqliyyatın, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığı yaranarsa, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

Qeyd edək ki, vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı "1655" saylı "Qaynar xət"lə əlaqə saxlamaları xahiş olunur.

Onu da xatırladaq ki, bayram günləri ilə bağlı polis, dəmir yolları və avtovağzallar da gücləndirilmiş iş rejiminə keçib.

Xəbər lenti
0