Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 27 dekabr — Sputnik. "2018-ci ildə Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əlaqlərdə əhəmiyyətli irəliləyişə nail olunub. 2018-ci ilin ilk 10 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsi 400 milyon dolları keçib. İlin sonunda biz bu rəqəmin 450-500 milyon olacağını gözləyirik".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç 2018-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Belarusdan Azərbaycana maşınqayırma, neft-kimya, ağac emalı, dərman vasitələri və hərbi-texniki məhsullar idxal olunub.
"Azərbaycandan Belarusa isə neft-kimya, meyvə-tərəvəz və digər qeyri - neft sektoru məhsulları ixrac olunub. Azərbaycanın Belarusa ixracı 44%, Belarusun Azərbaycana ixracı isə 3 dəfə artıb" - deyə səfir vurğulayıb.