ABŞ-ın Yaxın Şərqdə yeni hərbi əməliyyata başlayacağı gözlənilir

© AFP 2024 / Vano ShlamovABŞ ordusunun əsgərləri
ABŞ ordusunun əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Harir hərbi hava bazasında baş verən fəallıq diqqətdən qaçmayıb

BAKI, 27 dekabr — Sputnik. Suriyadan çıxarılan ABŞ hərbçilərinin İraqın Ərbil vilayətindəki Harir hərbi hava bazasına yerləşdiriləcəyi və yaxın vaxtlarda həmin hərbi bazadan istifadə ediləcəyi gözlənilir. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, Harir hərbi hava bazasında baş verən fəallıq diqqətdən qaçmayıb.

ABŞ prezidenti Donald Trampın ötən həftə Suriyadan çəkilmə qərarından sonra bölgədəki 2 minə yaxın ABŞ əsgərinin ölkələrinə necə qayıdacaqları gündəmə gəlməyə başlayıb. Rəsmi Vaşinqtonun Harir hərbi hava bazasından istifadə etməsi gözlənilir. ABŞ 2015-ci ildən bəri bu bazanı tam gücləndirilmiş rejimdə saxlayır.

© haber7İraqın Ərbil vilayətindəki Harir hərbi hava bazası
ABŞ-ın Yaxın Şərqdə yeni hərbi əməliyyata başlayacağı gözlənilir - Sputnik Azərbaycan
İraqın Ərbil vilayətindəki Harir hərbi hava bazası

Bölgədəki yerli mənbələr, xüsusilə son bir həftə ərzində Harir bazasında fəallığın olduğunu deyiblər. Bazada müxtəlif məqsədlərlə istifadə edilən konteynerlərin sayının artdığı, ABŞ helikopterlərinin, avtomobillərin intensivliyi müşahidə edilib.

Qeyd edək ki, hazırda ABŞ-ın İraqda, təxminən 5 min əsgəri var. Birləşmiş Ştatlar 2015-ci ildən bu yana tamamilə nəzarətinə götürdüyü Harir hərbi bazasını genişləndirib və fəal şəkildə istifadə etməyə başlayıb.

Harir ABŞ üçün strateji əhəmiyyət daşıyır. Bura İraqın şimalında, Suriya sərhədinə ən yaxın olan Amerikaya məxsus hərbi bazadır. Harir bazası Suriyanın şimalı ilə İraqın şimalındakı kürd muxtariyyətinin rəhbərliyini bir-birinə bağlayan Peşhabur sərhəd məntəqəsinə 227 kilometr məsafədə yerləşir.

Xəbər lenti
0