İlqar Vəlizadə: “Türkiyə milli maraqlarını təmin etmiş olacaq”
Türk ordusunun Suriyanın şimalına kürd qruplaşmalarıyla mübarizə üçün yeridilməsinin planlaşdırılmasını Moskva müvəqqəti addım sayır. Bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiyanın BMT-nin Cenevrədəki bölməsində Rusiyanın Daimi Nümayəndəliyinin rəhbəri Gennadi Qatilov deyib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, regionda baş verən proseslər Türkiyənin bir neçə il öncə başladığı əməliyyatları davam etdirmək niyyətində olduğunu göstərir: “Türkiyə sərhədlərində təhlükəzsizlik zolağı yaradır. Əgər bu zolaq yaranarsa Suriyada fəaliyyət göstərən terrorçu qruplar birbaşa Türkiyə ərazilərinə hücum edə bilməz. Bununla da Türkiyə milli maraqlarını təmin etmiş olacaq”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz