“Korrupsiyaya qarşı mübarizə Azərbaycanda prioritet istiqamətlərdən biridir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
O bildirib ki, ilk növbədə korrupsiyaya şərait yaradan halların qarşısının alınmasına diqqət yetirməliyik:
“Bu il korrupsiyaya qarşı mübarizədə müsbət nəticələrlə yadda qaldı. Ölkə ərazisində elektron xidmətlərin sayı artırılmış, həmçinin bu xidmətləri özündə ehtiva edən xidmətlərin siyahısı genişlənmişdir. Bu mübarizədə əsas məqam birbaşa təmasın aradan qaldırılmasıdır. Buna görə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vacib məsələdir. Bu istiqamətdə ASAN Xidmət standartlarının geniş arealda tətbiqinə başlanılmışdır. Bu da dövlət orqanları arasında göstərilən xidmətlərin həm standartlarının, həm də rəqabət qabiliyyətinin artmasına şərait yaradır”.
Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz