BAKI, 26 dekabr — Sputnik. Bu gün səhər saatlarından 64 ("Neftçilər" metrostansiyası-Yeni Günəşli) və 81 (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumata görə, qarşıdakı aylarda digər daşıyıcılar, xüsusilə də sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq.