Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Həkimlər Xalq artisti ilə bağlı son qərarı verdi

© Sputnik / Nigar MaharramRamiz Əzizbəyli xəstəxana palatasında
Ramiz Əzizbəyli xəstəxana palatasında - Sputnik Azərbaycan
Abunə olmaq
Ramiz Əzizbəylinin ayağı sabah amputasiya ediləcək

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 26 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli artıq bir neçə gündür xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən aktyorun ayağında qanqrenanın yaranması səhhətinin gərginləşməsinə səbəb olub. Artıq həkimlər Ramiz Əzizbəyli ilə bağlı bu gün qərara gəliblər. 

Ramiz Əzizbəyli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq artisti Ramiz Əzizbəyli: "Qırx adda xəstəliyim var"

Xalq artistinin Sputnik Aəzrbaycan-a danışan qızı Cəlalə Əzizbəyli bildirib ki, bugünkü konsultasiyada Ramiz Əzizbəylinin sabah əməliyyat olunması ilə bağlı qərar qəbul edilib: "Çünki barmaq hissə çürüyüb və qanqrena getdikcə irəliləyir. Həkimlər daha çox sepsis olma ehtimalından qorxurlar. Bu səbəbdən də atamın ayağının daban hissədən kəsilməsi ilə bağlı qərara gəliblər. Atamın o biri ayağı da xəstə olduğundan həkimlər istəyir ki, heç olmasa, bu ayaqla dayaq saxlaya bilsin".

C.Əzizbəyli əməliyyatın Xalq artistinin həyatı üçün riskli olduğunu da qeyd edib. 

Aktyorun qızı atasının da əməliyyatdan xəbərdar olduğunu bildirib: "Atam sabah ayağının kəsiləcəyini bilir. Heç nə demir, etiraz etmir. Deyir ki, “yaşamaq istəyirəm, əsas odur ki, ayağımı kəssələr də, yaşayım”".

Xəbər lenti
0