BAKI, 26 dekabr — Sputnik. Bu gün Yasamal rayonun bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olub. Bu barədə Sputnik Azərbaycan-a rayon sakinləri müraciət edərək bildirib.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən "Azəriqaz" İB-in mətbuat katibi İbrahim Kərbəlayev bildirib ki, bu gün saat 10.00-da magistral qaz kəmərlərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar Yasamal rayonun bəzi ərazilərində qazın verilməsində məhdudiyyətlər olub: "Gün ərzində qaz təchizatı bərpa ediləcək".
Kərbəlayev 185 qaynar xətti ilə əlaqədə problemin olması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, çağrı mərkəzi günün 24 saatı fəaliyyət göstərir: "Çağrı mərkəzi növbəlilik prinsipi ilə bütün gün ərzində fəaliyyət göstərir. Zənglər çox olduqda digər abonentlər gözləmə mövqeyinə qoyulur və növbəli olaraq xəttə qoşulurlar".