BAKI, 26 dekabr — Sputnik. Amerikada 3 mindən çox insana QİÇS və ya hepatit yoluxmuş ola bilər.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Nyu-Cersi ştatında cərrahiyyə mərkəzində 3000 dən çox xəstənin QİÇS, hepatit B və ya hepatit C virusuna yoluxma riskinin olduğu bildirilib.
Məlumata görə, mərkəzdə aparılan yoxlamalar zamanı mərkəz əməkdaşlarının sterilizasiya prosedurlarına tam əməl etmədiyi və tibbi cihazların düzgün formada təmizlənmədiyi məlum olub.
Bu da xəstələrin qan yolu ilə müxtəlif xəstəliklərə yolxumasına səbəb ola bilər.
Cərrahiyyə mərkəzinin rəhbəri Betti MakKabe isə açıqlamasında bildirib ki, mərkəzdə müalicə alan 3778 nəfər yenidən qan analizi verməlidir.
Mərkəz testləri maliyyələşdirməyə hazırdır.