Koçaryanın azadlığa buraxılması istənildi

© SputnikErmənistanın sabiq prezidenti Robert Koçaryan
Ermənistanın sabiq prezidenti Robert Koçaryan - Sputnik Azərbaycan
Abunə olmaq
Vəkillər girovun hansı məbləğdə olacağını açıqlamayıb.

BAKI, 26 dekabr — Sputnik. Konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs olunan Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri onun girov qarşılığında azadlığa buraxılması ilə xahişi ilə məhkəməyə müraciət edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Koçaryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib.

Vəkillər girovun hansı məbləğdə olacağını açıqlamayıb.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan cari il dekabrın 7-də həbs olunub.

Xəbər lenti
0