BAKI, 25 dekabr — Sputnik. RT telekanalı katolik Miladı və Yeni il münasibəti ilə Youtube servisində “Ağ Evdə Yeni il müdaxiləsi" adlı video yayımlayıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, videoda ABŞ prezidenti Donald Trampın yeni ildə aldığı hədiyyələrdən bəhs edir.
Videoda Tramp kabinetində bəzədilmiş şam ağacının yanında oturub hədiyyələrə baxır. Hədiyyələr arasında Şimali Koreya liderinin göndərdiyi qızıl büst, Çin istehsalı olan Make Amerika papağı, Ukrayna prezidenti Petro Poroşenko adından şokoladı alır və bunların hamısını zibil qabına atır. Bundan sonra Tramp Səudiyyə Ərəbistanından göndərilmiş tacı açır. Gözünə yaşıl lentlə sarılmış paket dəyir. O paketi açır və içindən üzərində rus dilində "Siz Baş Kəşfiyyat İdarəsində çalışırsınız?" yazılmış köynək çıxır.
Videonun rus versiyası Amerika liderinin bu köynəyi geyərək, Yeni ili araq, duzlu xiyar, kartof və salatla Rusiya prezidenti Vlamir Putinin müraciətini izləyərək keçirdiyi ilə başa çatır.
Videonun ingilis versiyasında isə "Tramp" divanda uzanaraq iPada baxır. "Melaniya" isə əynində hədiyyə köynəklə güzgünün qarşısında dayanıb.
"Melaniya sən hardansa, ordansan... Köynəkdə nə yazılıb?" – deyə "prezident" soruşur. "Hə Donald, burada yazılıb ki, Make America great again (“Amerika, yenidən böyüdün" yazılıb, başqa nə ola bilər? – deyə “Melaniya” cavab verir. "Əlbəttə, mən də belə düşünürdüm"- deyə “Tramp” cavablandırır.