Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 25 dekabr — Sputnik. Azərbaycanlı tanınmış teleaparıcı Humay Muxtarova rəfiqəsi ilə birlikdə restoranda şam yeməyi yeyərkən, naməlum kişi ona çəngəllə hücum edib. Bu barədə Sputnik Azərbaycan-a aparıcı özü məlumat verib.
Hər bazar günü Muxtarova və rəfiqələri birlikdə harasa toplaşırmışlar. Bu dəfə də onlar birlikdə xəngəl yeməyə gediblər. Lakin onları qarşıda nəyin gözlədiyini bilməyiblər.
Посмотреть эту публикацию в Instagram
"Rəfiqəmin sevdiyi insanla problemləri var idi və ona görə də ayrılmışdılar. Şam yeməyi zamanı o, dəfələrlə rəfiqəmə zəng edirdi və onlar telefonda dalaşdırlar. Sonra rəfiqəmin keçmiş sevgilisi gözlənilmədən bizim olduğumuz restorana gəldi. Qapıdan içəri girən kimi dərhal mənim üstümə hücum çəkdi və məni müxtəlif sözlərlə təhqir etməyə başladı" - aparıcı bildirib.
"Mən onu ilk dəfə idi ki, görürdüm. Rəfiqələrim onu dayandırmağa çalışsalar da, bacarmadılar. O, üstümə ona görə hücum çəkmişdi ki, rəfiqəmi restorana mən dəvət eləmişdim" - deyə Muxtarova vurğulayıb.
Kişi aparıcını təhqir edəndən sonra masadakı çəngəli və stəkanı götürərək ona atıb. Rəfiqələri qəzəbindən dəliyə dönmüş kişini güclə sakitləşdirə biliblər. Muxtarova artıq Nəsimi rayonunun hüquq-mühafizə orqanlarına müraciət edib və günahkarın cəzalandırılacağına əmindir.
"KİV-dən xahiş edirəm ki, yalan informasiyalar yaymasınlar. Mənim Vaqif adlı bu kişi ilə heç bir əlaqəm yoxdur. Allaha şükür ki, o, mənim sifətimə xəsarət yetirməyib" - deyə Humay Muxtarova əlavə edib.
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, xanım aparıcı bir çox yerli telekanallarda işləyib. Hazırda o, əsasən müxtəlif tədbirlərin aparıcısı kimi fəaliyyət göstərir.