BAKI, 25 dekabr — Sputnik. İndoneziyanın Yava və Sumatra adaları arasında, Sunda boğazı sahillərində Krakatau vulkanının püskürməsi nəticəsində baş verən sunami nəticəsində ölənlərin sayı 429 nəfərə çatıb.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, 1500-ə yaxın insan xəsarət alıb. Təxminən daha 150 nəfərin itkin düşdüyü bildirilir.
Qeyd edək ki, dekabrın 22-də axşam saatlarında İndoneziyada təbii fəlakət baş verib. Hadisə yerində axtarış-xilasetmə işləri və evakuasiya davam etdirilir.