“ABŞ qoşunlarının Suriyadan çıxması vəziyyətin sabitləşmisənə güclü təsir edəcək”. Bunu ABŞ qoşunların Suriyadan çıxarılmasından sonra bu ölkədə yeni vəziyyətin necə olacağı ilə bağlı Sputnik Azərbaycan-a danışarkən politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, bundan sonra Suriyada bərpa prosesi daha da sürətlənəcək: “Üç ölkə Suriyanın yeni konstitusiyası ilə bağlı işləri sürətləndirəcəklər. ABŞ-ın Suriyadan qoşunlarını çıxarması Türkiyə və Rusiya arasında qeyri-müəyyənliyə səbəb ola bilər. Çünki, Türkiyənin Suriyadakı əməliyyatlarında müəyyənedici parametr oradakı ABŞ qüvvələri idi. ABŞ-ın oradan çıxması Türkiyənin hərbi əməliyyatlar planlarında müəyyən düzəlişləri zəruri edir. Onu da deyim ki, ABŞ-ın Suriyadan hərbi qüvvələrini çıxarmasının dövlət siyasəti ilə əlaqəsi yoxdur”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz