Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Müsəlman ölkəsi yeni bir təhlükə ilə üz-üzədir

© AP Photo / Tatan Syuflanaİndoneziyadakı sunaminin fəsadları
İndoneziyadakı sunaminin fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
İndoneziyanın Sunda boğazında yenidən Sunami qorxusu yaranıb

BAKI, 24 dekabr — Sputnik. İndoneziyanın Yava və Sumatra adaları arasında, Sunda boğazı sahillərində Krakatau vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 400-ə yaxınlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 381 nəfərin öldüyü təbii fəlakətin Sunda boğazında yenidən təkrarlanma ehtimalı haqda məlumat yayılıb. Sunda boğazının yaxınlığında yerləşən Banten bölgəsinin əhalisi bu xəbərdən yenidən təşvişə düşüb.

Məlumata görə, sahilətrafı ərazilərdə yaşayanlar nisbətən yüksək ərazilərdə yerləşən məktəb və digər tikilidə yerləşmək qərarına gəliblər. Artıq 5 minədək şəxsin sığınmaq üçün sahilboyu əraziləri tərk edərək sığınmaq üçün yüksək yerlərə üz tutduğu açıqlanıb.

Xəbər lenti
0