Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ombudsman Milli Məclisdə mühüm məsələ qaldırıb: Təcili qanun qəbul olunmalıdır

© Sputnik / Murad OrujovОмбудсмен Азербайджана Эльмира Сулейманова
Омбудсмен Азербайджана Эльмира Сулейманова - Sputnik Azərbaycan
Abunə olmaq
Növbəti ildə "Reproduktiv sağlamlıq haqda" qanun layihəsi qüvvəyə minə bilər

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 24 dekabr — Sputnik. "Reproduktiv sağlamlıq dedikdə, yalnız ailədə uşaqların sayı, onların hansı müddətdə dünyaya gətirilməsi, ər-arvad münasibətləri nəzərdə tutulmamalıdır".

Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dövlət başçısı uşaqların sağlamlığı üçün qərara imza atdı

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib. Onun sözlərinə görə, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ilə bağlı Milli Məclisdə müzakirələr olub.

"Büdcə müzakirələri zamanı da bu qanun layihəsinin qəbulunun mütləq şəkildə sürətləndirilməsinin vacibliyini vurğulamışam. Qanun qəbul edilərsə belə, bu, problemlərin həlli hesab edilməməlidir" - Ombudsman bildirib.

Əlavə edib ki, Milli Məclisə təqdim olunan bu qanun layihəsi Malayziyada keçirilən böyük beynəlxalq konfransda digər dövlətlər tərəfindən də bəyənilib: "Hər bir qanunun işlək mexanizmləri olmalıdır. Elə qanunlar var ki, çoxdan qəbul edilsə də, yaddan çıxıb. Bu qanun layihəsinin qəbulu da Azərbaycan üçün çox vacibdir. Növbəti ildə "Reproduktiv sağlamlıq haqda" qanun layihəsi qüvvəyə minə bilər".

İnsan hüquqları üzrə müvəkkil bu gün üçün ən aktual problemlərdən birinə də toxunub: "Bu gün ən aktual məsələlərdən biri də körpə və azyaşlıların qidalanmasıdır. Ana südü körpələr üçün məlhəmdir. Ana südü millətin, nəslin genetik yaddaşında saxlanılan məlumatın övlada, nəsildən-nəslə ötürülməsidir".

E.Süleymanova ana südü mətbəxlərindən də söz açıb: "O zamanlar kənd-kəsəkdə südü çox olan qadınlar belə mətbəxlərə üz tutardılar. Südü olmayan analar isə körpələrini bu yolla təbii qidalandırırdılar. Təbii qidalanma körpələrin gələcəyi üçün çox vacibdir. Sağlam gələcəyimiz üçün təbii və sağlam qidalanmaya ehtiyac var".

Xəbər lenti
0