Dünya güclü silkələndi

CC BY 2.0 / lora_313 / Kilauea SeismographsСейсмограф, фото из архива
Сейсмограф, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İndoneziyada sunami nəticəsində ölənlərin sayı isə 281 nəfərə çatıb

BAKI, 24 dekabr – Sputnik. İndoneziyada baş verən sunaminin ardınca dünyanın müxtəlif yerlərində güclü zəlzələlər qeydə alınıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İndoneziyanın özündə də zəlzələ olub.

Haitidə 5,9 bal gücündə zəlzələ olub - Sputnik Azərbaycan
HADİSƏ
İndoneziyada 5,9 bal gücündə zəlzələ olub

Zəlzələ Sumatra adasında 5.0 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Padanq şəhərindən 100 km şimal-qərbdə, ocağı 100 km dərinlikdə yerləşib.

Çinin Tibet muxtar rayonunda 5,7 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 170 kilometr şimal-qərbdə və Lxasa şəhərindən 335 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tonqa Krallığı sahillərində baş verən zəlzələnin gücü  6,5 bala çatıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Nukualofa şəhərindən 83 kilometr şimal-şərqdə, ocağı isə 106 kilometr dərinlikdə yerləşib.

Yaponiya sahillərində də 5,6 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Katsuura şəhərindən (Tiba prefekturası) 185 kilometr cənub-şərqdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.

İndoneziyada sunami nəticəsində ölənlərin sayı isə 281 nəfərə çatıb. Bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqhoro bildirib.

S.Nuqhoro deyib: "Sumatra və Yava adalarında yerləşən rayonlardan alınan son məlumatlara əsasən, 281 nəfər həlak olub, təxminən mindən artıq insan xəsarət alıb, 57 isə itkin düşüb".

Xəbər lenti
0