Konfrans əsnasında Rusiya səfiri həm də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə münasibətini bildirib. Onun fikrincə, 2019-cu ildə münaqişənin nizamlanmasına dair danışıqlar prosesi üzrə daha əlverişli atmosfer yaradılacaq.
"Bu anlamda, mən deyərdim ki, bu il heç nə nəticəsiz qalmayıb. Mənim dediklərim üçün əsaslar artıq qoyulub. Siz bilirsiniz ki, münaqişə tərəfləri arasında ən yüksək səviyyədə görüşlər keçirilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında da görüşlər keçirilib".
Səfir əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya bu tendensiyanı hər cür dəstəkləməyə davam edəcək.