Almaniyadan İrana gözlənilməz zərbə

© AP Photo / Hasan SarbakhshianİranAir təyyarəsi
İranAir təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
İranın "Mahan Air" aviaşirkəti ABŞ-ın sanksiya siyahısında yer alıb

BAKI, 24 dekabr — Sputnik. Almaniya hökuməti İranın "Mahan Air" aviaşirkətinin uçuşlarını qadağan edəcək. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İranın "Mahan Air" aviaşirkəti ABŞ-ın sanksiya siyahısında yer alıb.

Aviaşirkət Suriyaya əsgər və sursat daşımaqda ittiham edilir. Ona görə də Almaniya "Mahan Air" aviaşirkətin Almaniyaya və Almaniya xaricinə uçuşlarına qadağa qoyacaq.

"Bild" qəzetinin xəbərinə görə, Almaniya hökuməti aviaşirkətin Münxen və Düsseldorf hava limanlarından uçuşlarını dayandırmağa qərar verib.

Məlumata görə, uçuşlar 2019-cu ilin yanvarından dayandırılacaq. Almaniyanın hökumət sözcüsü bu xəbərə münasibət bildirməyib.

Qeyd edək ki, bundan öncə ABŞ "Mahan Air"lə əməkdaşlıq edən Malayziya və Tailand şirkətlərinə sanksiya tətbiq edib.

Xəbər lenti
0