BAKI, 23 dekabr – Sputnik. Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb.
Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, hadisə Danaçı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb. M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.