BAKI, 23 dekabr - Sputnik. Dekabrın 22-də axşam saatlarında İndoneziyada baş verən sunami nəticəsində azı 168 nəfər həlak olub.
Sputnik Azərbaycan xəbər verir ki, yerli vaxtla saat 21:27 radələrində nəhəng dalğa Yava və Sumatra adaları arasındakı körfəzə, əhalinin sıx yaşadığı Zond rayonuna çatıb. Təbii fəlakət nəticəsində 745 nəfərin xəsarət aldığı bildirilir. Daha 30 nəfər itkin düşmüş sayılır.
Driving past debris from the impact zone of the tsunami in #Anyer. Many local houses are damaged. Note also the wierd color of the sea, never seen it like that. #Indonesia #Tsunami pic.twitter.com/c5ryey6ElO
— Øystein L. Andersen (@OysteinLAnderse) December 23, 2018
Sunami nəticəsində yüzlərlə ev və bina dağılıb və ya yararsız vəziyyətə düşüb.
İndoneziya Təbii Fəlakətlərlə Mübarizə Agentliyi hadisənin baş verməsi səbəblərini araşdırır. Həmin vaxt ərazidə heç bir güclü zəlzələnin baş vermədiyi bildirilir.
Təbii fəlakətin mümkün səbəbləri kimi, adadakı vulkan fəallığı və tam Ayın görünməsi ilə əlaqədar yaranan nəhəng dalğalar göstərilir.