BAKI, 23 dekabr – Sputnik. İndoneziyanın Tancunq-Lesunq şəhərində konsert zamanı faciə baş verib. Sputnik Azərbaycan RİA Novostiyə istinadla xəbər verir ki, sunami səhnədə konsert verən musiqiçiləri yuyub aparıb.
Inna lillahi wa inna ilaihi raji'un.
— kth♥ (@HelianaBie) December 23, 2018
semoga kita semua selalu dalam lindungan-Nya. Aamiin.🙏🙏#Banten #Anyer #Selatsunda #prayforanyer pic.twitter.com/pj7tP3gdLt
Videoda görünür ki, su sahildə qurulan səhnəni dağıdır və insanları aparır. Musiqi qrupunun üzvlərindən biri itkin düşüb.
Xatırladaq ki, Təbii fəlakət nəticəsində 745 nəfərin xəsarət aldığı bildirilir. Daha 30 nəfər itkin düşmüş sayılır.
Sunami nəticəsində yüzlərlə ev və bina dağılıb və ya yararsız vəziyyətə düşüb.
İndoneziya Təbii Fəlakətlərlə Mübarizə Agentliyi hadisənin baş verməsi səbəblərini araşdırır. Həmin vaxt ərazidə heç bir güclü zəlzələnin baş vermədiyi bildirilir.
Təbii fəlakətin mümkün səbəbləri kimi, adadakı vulkan fəallığı və tam Ayın görünməsi ilə əlaqədar yaranan nəhəng dalğalar göstərilir.