Uzaq Şərq ölkəsində 120 il ərzində ən aşağı doğum bu il qeydə alınıb

CC BY 2.0 / Donnie Ray Jones / WindowPəncərədən baxan uşaq, arxiv şəkli
Pəncərədən baxan uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci il Yaponiya üçün 120 il ərzində doğuşların ən az olduğu il kimi yadda qaldı

BAKI, 22 dekabr — Sputnik. Artıq son 12 ildir ki, Yaponiyada doğumların sayı azalır. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, cari ildə daha öncəki illə müqayisədə doğumların sayında 25 minədək azalma olub. Yaponiya Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, bu il 921 min doğum qeydə alınıb. Məlumata görə, ötən illə müqayisədə cari ilin sonu üçün ölüm sayı 1,37 milyon olaraq proqnozlaşdırılır. Məlumatda, həmçinin bu il üçün proqnozlaşdırılan ölüm rəqəmlərinin ötən illə müqayisədə 29 mindən artıq olacağı bildirilir.

Bundan başqa nazirliyin məlumatında əhalinin azalmasının növbəti illərdə də davam edəcəyi vurğulanır.

Qeyd edək ki, 2050-ci ilə qədər Yaponiyada əhali sayının 87 milyona enməsi gözlənilir.

Xəbər lenti
0