CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Uşaq ölümlərinin 75 faizi perinatal dövrdə baş verir"

CC0 / Ben_Kerckx / BabyAğzında əmzik olan uşaq, arxiv şəkli
Ağzında əmzik olan uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Ana ölümü qadının və ailəsinin təhsilsizliyi, yaxud təhsilinin zəif olması ilə bağlıdır"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. "Bu gün uşaq ölümlərinin 75 faizi perinatal dövrdə baş verir. Ana ölümlərinin əsas səbəbi isə antinatal dövrdə ana bətnində xəstəliklərin erkən aşkarlanmasının zəif olmasıdır. Bundan başqa, ana ölümü qadının və ailəsinin təhsilsizliyi, yaxud təhsilinin zəif olması ilə bağlıdır".

Bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyə Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Z.Mustafayeva bildirib ki, ana və ailənin təhsil səviyyəsi yüksələrsə, bu zaman belə arzuolunmaz halların qarşısı alına bilər.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı Sputnik Azərbaycan-ın sualını cavablandıran isə qeyd edib ki, Azərbaycanda səhiyyə xidmətləri əlçatan olduğu üçün bu hallarla mübarizə aparmaq olar.

Xəbər lenti
0