Tramp-Ərdoğan danışığının detalları hər kəsi şoka saldı

© AP Photo / Markus SchreiberTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ rəhbəri Donald Tramp
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ rəhbəri Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Con Bolton Donald Trampı qərarından döndərə bilməyib

BAKI, 22 dekabr — Sputnik. Ağ Ev prezidenti Donald Trampın dekabrın 14-ündə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı ordusunu Suriyadan çəkməsi ilə bağlı qərarı hər kəsi təəccübləndirib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Associated Press" xəbər agentliyinin manşetində xüsusi yer ayrılan bu xəbərdə danışıqları detalları açıqlanıb.

Amerikalı əsgərlər Türkiyə-Suriya sərhədində - Sputnik Azərbaycan
ABŞ geri çəkiləndə də xainlik edir, silahlar PKK-ya verilir

Qeyd olunur ki, telefon danışığından öncə Trampa Ərdoğanı əməliyyatlardan çəkindirmək üçün bir sıra nüansların qeyd olunduğu siyahı təqdim olunub. "Associated Press"in məlumatına görə, Ərdoğan bütün bunlara məhəl qoymayaraq arqumentlərini səsləndirib. O bildirib ki, ABŞ-ın tək məqsədi İŞİD-i məğlub etmək olmalıdır. Həmçinin söhbət əsnasında Türkiyə prezidentinin Ağ Ev rəhbərinə xatırlatma edərək artıq İŞİD-in 99 faizin məhv edildiyini bildirib.

"Niyə hələ də ordasınız? İŞİD-in qalan hissəsi ilə özümüz mübarizə aparıb, onları zərərsizləşdirəcəyik", - deyə Ərdoğanın telefon danışıqları zamanı fikir bildirdiyi söylənilib.

İngilis mediasının xəbərində qeyd olunub ki, telefon danışığından sonra Tramp ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Boltona, Ərdoğanın dedikləri doğrudursa, niyə bizim qüvvələrimiz hələ də ordadır, deyə sual verdiyi qeyd olunub.

İngilis mediasının xəbərində, həmçinin o da qeyd olunur ki, Con Bolton ABŞ qüvvələrinin Suriyadan geri çəkilməməsi üçün Donald Trampa təsir etmək istəsə də, onun qərarını dəyişdirə bilməyib.

Xatırladaq ki, dekabrın 14-ündə telefon danışıqları zamanı ABŞ ordusunun Suriyadan geri çəkilməsi ilə bağlı qərar verilsə də, hələ ki, bunun nə zaman və necə baş verəcəyi ilə bağlı heç bir məlumat yayılmayıb.

Qeyd edək ki, hər iki ölkənin xarici işlər nazirlərinin telefon danışıqlarından sonra reallaşan mobil ünsiyyətin son nəticəsi isə həm Ərdoğanı, həm də Con Boltonu təəccübləndirib.

Xəbər lenti
0