“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib

© Sputnik / Kemale AliyevaПресс-конференция на тему "Авторские права в онлайн-медиа"
Пресс-конференция на тему Авторские права в онлайн-медиа - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbir “İnternet media resurslarında müəllif hüquqlarının qorunmasının mexanizmləri və hüquqi bazası” layihəsi çərçivəsində baş tutub

BAKI, 21 dekabr - Sputnik. Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə Bakı şəhərində “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirib. "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən konfransa ənənəvi KİV, onlayn media təmsilçiləri və internet fəalları qatılıblar.

© Sputnik / Kemale Aliyeva“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans
“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib - Sputnik Azərbaycan
“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən “İnternet media resurslarında müəllif hüquqlarının qorunmasının mexanizmləri və hüquqi bazası” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: “İnternetin inkişafı KİV-də müəllif hüqqlarının qorunmasını çətinləşdirib. Baxmayaraq ki, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Qaydalarının əsas tələblərindən biridir".

© Sputnik / Kemale AliyevaBakıda “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib
“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib - Sputnik Azərbaycan
Bakıda “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib

"Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”.

Konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov da çıxış edib. O, tədbir iştirakçılarına KİV-də müəllif hüquqlarının qorunmasına təminat verən qanunlar və mexanizmlər barədə məlumat çatdırıb. Təmsil etdiyi Agentliyin KİV-lə sıx əməkdaşlıq etdiyini və bu sahədə nailiyyətlər əldə etdiyini də diqqətə çatdırıb.

© Sputnik / Kemale AliyevaBakıda “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib
“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib - Sputnik Azərbaycan
Bakıda “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib

Tədbirdə, həmçinin Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, "The busines times" qəzetinin baş redaktoru Nəzirə Nurullayeva, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “Region plus” Jurnalının baş redaktoru Namiq Mailov, “Aktor.az” saytının baş redaktoru Telman İsa, “Millətçilik” qəzetinin redaktoru Sevda Elay, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə və başqaları çıxış ediblər. Çıxışçılar müəllif hüquqlarının qorunmasının KİV-lər və jurnalistlər üçün öznəmini vurğulayaraq, bu sahədə mövcud olan problemlərdən danışıblar. Onlar keçirilən konfransın bu sahədə yeni proseslərə yol açacağını qeyd ediblər.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində ölkənin Qərb və Cənub bölgəsində fəaliyyət göstərən media təmsilçiləri üçün seminarlar da keçirilib. Həmçinin layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə mövzu üzrə cib kitabçası da çap edilib, jurnalistlər arasında pulsuz paylanılır.

Xəbər lenti
0