BAKI, 21 dekabr — Sputnik. Dünya bazarlarında "Brent" markalının neftin qiyməti bir barel üçün 53 dollardan aşağı düşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu ötən ilin sentyabrın 12-dən bəri qeydə alınan ən aşağı rəqəmdir.
Bu gün Bakı vaxtı ilə saat 16.51-də Brent neftinin fevral fyuçersi 2,65% ucuzlaşaraq 52,89 dollara düşüb. WTI markalı neftin fyuçersləri isə 1,44% ucuzlaşaraq 45,22 dollar təşkil edib.