CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Qəhrəmanı təhqir edən psixoloq məhkəmə qarşısına çıxacaq

© Sputnik / Murad OrujovAli Məhkəmənin binası
Ali Məhkəmənin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq 25 dekabrda ilk məhkəmə prosesi başlayacaq

BAKI, 21 dekabr — Sputnik. Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov Milli Qəhrəman Mübariz İbrahimovun ünvanına  böhtan və təhqirlər yağdıran psixoloq N.Şahmarzadənin qanuna müvafiq qaydada cəzalandırılmasını tələb edirlər.

Sputnik Azərbaycan xəbər verir ki, A.Musayevlə R.Rüstəmov bu gün mətbuat konfransı keçirərək, cəmiyyətin əksər hissəsinin qəzəbinə səbəb olmuş psixoloqu məhkəməyə verdiklərini bildiriblər.

Əməkdar və beynəlxalq dərəcəli idman ustası A.Musayev mətbuat konfransında bunları deyib: “Bir neçə gün öncə psixoloq Nərmin Şahmarzadə sosial şəbəkələrdə  şəhidimiz Mübariz  İbrahimov haqqında tənqidi fikirlər səsləndirdi. O, birinci dəfə çıxış edəndə fikir vermədim. İkinci dəfə yenidən çıxış edəndə isə vəkil Ramil Rüstəmova müraciət etdim. Vəkil Nərmin Şahmarzadəni məhkəməyə verməyimə dəstək oldu”.

© Sputnik / Terane KhudabakhshiyevaƏməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev və vəkil Ramil Rüstəmov
Milli Qəhrəmanı təhqir edən psixoloq məhkəmə qarşısına çıxacaq - Sputnik Azərbaycan
Əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev və vəkil Ramil Rüstəmov

Doqquz qat dünya, üç qat Avropa çempionu olan idmançı onu da qeyd edib ki, onlar bu məsələ barədə Mübariz İbrahimovun atasına da məlumat veriblər: “Ağakərim İbrahimovla görüşmək üçün onlara getdik. O, bizə dedi ki, “Mübariz artıq mənim yox, həm də xalqın oğludur və inanıram ki, o qadına xalq cavab verəcək”. Biz də Xətai Rayon Məhkəməsinə müraciət etmişik. Əlimizdə olan dəlil və sübutları təqdim etmişik. Artıq 25 dekabrda ilk məhkəmə prosesi başlayacaq”.

Araz Musayev iddia edib ki, psixoloq N.Şahmarzadə kimlərsə tərəfindən idarə edilir: “Buna, hətta terror hadisəsi də demək olar. Ona görə də onun məhkəmə tərəfindən ən ağır cəza almasını istəyirik”.

Vəkil R.Rüstəmov isə deyib ki, milli dəyərlərimizlə bağlı olan bu məsələdə susmaq doğru deyil: “Bu gün bu məsələyə sussaq, sabah digər şəxslər də onun kimi şəhidlərimizə və qəhrəmanlarımıza “dil uzadacaqlar””.

Vəkil onu da əlavə edib ki, onlar məhkəmə ilə yanaşı, Daxili işlər naziri Ramil Usubova, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva, Milli Məclisə məktubla müraciət ediblər: “İnanırıq ki, xanımın etdiyi hərəkət cəzasız qalmayacaq. Biz sona kimi mübarizə aparacağıq”.

Xəbər lenti
0