CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident iki icra başçısını vəzifəsindən uzaqlaşdırdı

Abunə olmaq
Dövlət başçısı bir sıra sərəncamlar imzalayıb

BAKI, 21 dekabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev həmçinin Şükür Babayevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbər lenti
0