Ermənistan Polisinin rəis müavinin 3 milyonunu oğurladılar

© Sputnik / Mediabanka keçidErmənistan polisi
Ermənistan polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyən zərərin dəqiqləşdirilməsi üçün ekspertiza təyin olunub.

BAKI, 21 dekabr — Sputnik. "Mənim evimdən ötən gecə ümumi dəyəri 3 milyon dramdan (6200 dollar) çox olan 5 qızıl parçası oğurlanıb". Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin rəsi müavini Ovanes Koçaryan bildirib.

"Mənim elə bu qədər sərvətim var. İndi bu versiya nəzərdən keçirilir: Oğru bunun mənim evim olduğunu bilirdi, ona görə evə daxil olub. Onlar qapını açaraq evdə olan gizli saxlanc yerini axtarıblar. Çünki evdə bütün əşyalar sındırılıb. Dəyən zərərin dəqiqləşdirilməsi üçün ekspertiza təyin olunub. Yəqin düşünüblər ki, mən imkanlı vəzifəli şəxsəm" - Koçaryan deyib.

 

Xəbər lenti
0