Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dublyaj sahəsində ciddi problemlərimiz var

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Чистота азербайджанского языка и проблемы дубляжа"
Пресс-конференция на тему Чистота азербайджанского языка и проблемы дубляжа - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
"Bu gün yerli televiziya kanalları ən ucuz yolla film dublyajları edir"

BAKI, 21 dekabr — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində xarici filmlərin dublyajının yüksəldilməsi və bu sahədəAzərbaycan dilinin təbliğatının gücləndirilməsi ilə bağlı tədbir keçirilib. Tədbirin iştirkaçısı, əməkdar jurnalist, Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli ölkəmizdə dublyaj olunan filmlərin keyifyyəti haqqında danışıb.

O deyib ki, hazırda bu sahədə ciddi problemlər var: "Müntəzəm olaraq hansısa filmlər dublyaj edilir, ancaq keyfiyyətli işlər çox azdır. Dublaj ciddi sənətdir və onu gözdən salmaq olmaz".

"Keyfiyyətli işin ərsəyə gəlməsi üçün bu işlə peşəkarlar məşğul olmalıdır. Dublyaj işi çox məsuliyyətlidir. Burada səslə obraz yaratmaq lazımdır. Hazırda yerli televiziya kanalları çalışır ki, az büdcə ilə keyfiyyətli film əldə etsinlər. Bu isə, qeyri-mümkündür. Maya dəyəri aşağı olan filmlərin dublyaj keyfiyyəti də aşağı olur" - deyə Q.Məhərrəmli bildirib.

Профессор Бакинского Государственного Университета Гулу Магеррамли - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Televiziya kanalları az büdcə ilə keyfiyyətli film əldə etməyə çalışır"

"Cinemazadeh" studiyasının baş prodüseri və "Cinema Distrubution" distribütor şirkətinin baş direktoru Cəfər Axundzadə isə qeyd edib ki, Sovet dövründə mövcud olmuş dublyaj məktəbi artıq sıradan çıxıb: "Buna görə də filmləri xarici dillərdə vermək məcburiyyətində idik. Piratçılığın mövcudluğu, həmçinin uzunmüddətli lisenziyaya malik studiyaların olmamasına görə böyük film studiyaları filmlərini bizə vermirdilər. Hazırda isə bu işə peşəkar komanda cəlb edərək film dublyajları edirik".

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri Vidadi Qafarov dublyajın mahiyyət və önəmi haqqında danışıb. O deyib ki, dublyaj sənəti həm bədiiliyi, həm də dili özündə ehtiva edir.

"Bizim dünyaya çıxışımız dublyaj olunmuş filmlərlə baş verə bilər. Bu gün yerli televiziya kanalları ən ucuz yolla film dublyajları edir. Bunun nəticəsi olaraq keyfiyyətsiz işlər ortaya çıxır" - deyə Qafarov əlavə edib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала