BAKI, 21 dekabr - Sputnik. Azərbaycanın bir sıra birinci instansiya məhkəmələrinə təyinatlar olub.
Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri, Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri, Əfqan Niyətulla oğlu Hacıyev isə Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Sərəncamla aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:
Əliyev Zamiq Xudaverdi oğlu - Babək Rayon Məhkəməsinin sədri
Məmmədov Mehrab Fərmayıl oğlu - Culfa Rayon Məhkəməsinin sədri
Əhmədov Zülfüqar Əziz oğlu - Kəngərli Rayon Məhkəməsinin sədri
Haqverdiyev Tural Ziyat oğlu - Ordubad Rayon Məhkəməsinin sədri
Zülfüqarov Hüseyn Nadir oğlu - Sədərək Rayon Məhkəməsinin sədri
Əliyev Mehdi Ədalət oğlu - Şərur Rayon Məhkəməsinin sədri
Aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin sədrləri təyin ediliblər:
Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri
Əliyev Kəramət Fətəli oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri
Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:
Əliyev Rəfayil Əfraddin oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri
Kazımov Marif Sabir oğlu - Gədəbəy Rayon Məhkəməsinin sədri
Əliyev Abbas Baba oğlu - Qəbələ Rayon Məhkəməsinin sədri
Süleymanov Kamran Şakir oğlu - Oğuz Rayon Məhkəməsinin sədri
Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri
İmanova Gülsarə Kərimovna - Zəngilan Rayon Məhkəməsinin sədri
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.