BAKI, 21 dekabr — Sputnik. Türkiyə Birləşmiş Ştatların Suriyadan öz qoşunlarını çıxarmaq qərarını alqışlayır. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Biz ABŞ-ın qoşunları çıxarmaq barədə qərarı alqışlayırıq. İndi isə Suriyada təhlükəsizlik sahəsində vakuumun formalaşmasına yol vermək lazım deyil. Qoşunların çıxarılmasını koordinasiyalı şəkildə həyata keçirmək lazımdır", - deyə Çavuşoğlu bildirib.
Nazir, həmçinin vurğulayıb ki, qoşunların çıxarılması Suriyada siyasi nizamlanma üçün önəmli addımdır: "Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Biz uzun müddətdir ki, İŞİD-lə mübarizə aparırıq və hesab edirik ki, o nəhayət məğlub edilib".
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 19-u öz "Twitter" səhifəsində ABŞ qoşunlarının Suriyadan çıxarılmasının vaxtının çatdığını yazıb: "Uzun müddətdir ki, Suriyada müharibə aparırıq. İki ilə yaxındır ki, Birləşmiş Ştatlar prezidentiyəm. Həqiqətən, irəliləyişə nail olmuşuq. İŞİD-i məğlub etdik və torpaqları geri aldıq".
O, həmçinin qeyd edib ki, ABŞ əsgərlərinin evə dönmə vaxtı çatıb.