BAKI, 20 dekabr — Sputnik. Yaponiyanın Fukuoka prefekturasında 74 yaşlı təqaüdçü Okuda Yosixisa keçən ilin oktyabr ayında ölən arvadını dəfn etməyərək, bir il onun cəsədi ilə yaşayıb.
Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadla məlumata görə, cəsəddən gələn qoxunu boğmaq üçün o cəsədi hava təravətləndirici ilə əhatəyə alıb.
Yaşlı adamın evini sökən zaman o qadının cəsədini evdə qoyaraq çıxıb. Cəsədi fəhlələr evə baxan zaman aşkarlayıb. Onlar cəsəd haqqında polisə məlumat verib. Bundan sonra yaşlı yaponu həbs ediblər.
Məlum olub ki, qadının şəxsiyyətini təsdiq edən sənədləri olmayıb. O Yosixisa ilə rəsmi nikaha girməyib və kişinin təqaüdü ilə yaşayıb.