CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birdəfəlik plastiklər də qadağan ediləcək

Abunə olmaq
Avropa Birliyi birdəfəlik istifadə üçün nəzərdə tutulan plastikləri qadağan edəcək

BAKI, 20 dekabr — Sputnik. Avropa Birliyi tərəfindən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların qadağan edilməsi istiqamətində işlər davam edir.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, artıq bununla bağlı Avropa Parlamentinə müraciət edilib və ikitərəfli razılıq əldə edilib. Yeni razılığa əsasən, 2021-ci ildən etibarən AB-yə üzv ölkələrdə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastiklər qadağan ediləcək. Bu isə o deməkdir ki, AB ölkələrində plastik çöpdən ibarət olan qulaq pambıqları, plastik çəngəl, bıçaq, qaşıq və qab dəstləri də qadağan ediləcək.

AB-yə üzv ölkələr 2025-ci ildən etibarən isə plastik şüşələrin 25/100-nu, 2020-cu ildə isə 30/100-nu təkrar istehsal üçün geri qaytarmalı olacaq.

Artıq AB ilə AP arasında əldə edilən razılığın rəsmi olaraq qüvvəyə minməsi isə səsvermənin nəticələrindən asılıdır.

Xəbər lenti
0