BAKI, 20 dekabr — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyində ciddi kadr dəyişiklikləri gözlənilir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Jamanak" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Ermənistanın Vatikanda səfiri, üçüncü prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyanın yerinə xarici işlər nazirinin müavini Karen Nazaryan təyin olunacaq. Nazirin digər müavini Aşot Ovakimyan da, həmçinin səfir təyin olunacaq, lakin onun hansı ölkəyə səfir gedəcəyi açıqlanmır.
"Qraparak" nəşri isə xarici işlər nazirinin müavini Şavarş Koçaryanın da təqaüdə gedəcəyini yazıb. Nəşr onun nazirin müavini təyin olunması məsələsini də istisna etməyib. Onun yerinə isə nazir müavini postuna Ermənistanın İsveç və Finlandiyadakı səfiri Artak Apitonyan gətiriləcək.
"XİN-in strukturunda ciddi dəyişikliklər olacaq. Nazir müavini Armen Papikyan Avstraliyaya səfir göndərilir, Karen Nazaryan və Aşot Ovakimyan təyinatlarını gözləyir, Ruben Rubenyan isə parlamentə deputat gedəcək" - deyə məqalədə bildirilir.