BAKI, 20 dekabr — Sputnik. Türkiyə şou-biznesinin tanınan simalarından olan Sərdar Ortacın boşanacağı xəbəri yayılıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sərdar Ortac və Xloya Lounan 2014-cü ildə ailə qurublar. Sənətçinin boşanma səbəbi kimi isə həyat yoldaşının ABŞ-a səfəri zamanı yol qəzasına düşməsi və Sərdar Ortacın onu ziyarət etməməsi göstərilir.
Sərdar Ortac media nümayəndələrinin suallarını cavablandıran zaman bildirib ki, onlar çox xoşbəxtdirlər və boşanmayacaqlar. Məsələyə aydınlıq gətirən Xloya Lounan da deyib ki, tezliklə Türkiyəyə ailəsinin yanına geri dönəcək: "Yayılan xəbərlər heç bir məntiqə uyğun deyil. Mən çox xoşbəxtəm və yanvar ayında Türkiyəyə geri dönəcəm".