Çavuşoğlu Pompeo ilə ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib

© AP Photo / Cliff OwenÇavuşoğlu və Pompeo
Çavuşoğlu və Pompeo - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə və ABŞ XİN rəhbərləri arasında telefon danışığı olub

BAKI, 20 dekabr — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Trampdan Amerika əsgərlərinə "geri dönürük" mesajı

Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbənin sözlərinə görə, telefon danışığı zamanı tərəflər ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini müzakirə ediblər.

"Bizim nazir bu gün ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığı aparıb. Onlar ABŞ qoşunlarının Suiryadan çıxarılması məsələsini müzakirə ediblər" - deyə mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl Donald Tramp öz "Twitter" səhifəsində Suriyada İŞİD üzərində qələbə qazandıqlarını yazıb: "Uzun müddətdir ki, Suriyada müharibə aparırıq. İki ilə yaxındır ki, Birləşmiş Ştatlar prezidentiyəm. Həqiqətən, irəliləyişə nail olmuşuq. İŞİD-i məğlub etdik və torpaqları geri aldıq".

O, həmçinin qeyd edib ki, ABŞ əsgərlərinin evə dönmə vaxtı çatıb.

Xəbər lenti
0