Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair mühüm razılıq əldə olunub

© AR Ministry of DefenseAzərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb
Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb - Sputnik Azərbaycan
Abunə olmaq
Gələn il üçün qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və fəaliyyət planı razılaşdırılıb

BAKI, 20 dekabr — Sputnik. Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toplantıda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri, o cümlədən iki ölkənin orduları arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Həmçinin 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və fəaliyyət planı razılaşdırılıb. Görüşün sonunda 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair, eləcə də "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında" protokollar imzalanıb.

© AR Ministry of DefenseAzərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair mühüm razılıq əldə olunub - Sputnik Azərbaycan
Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi korpus generalı Mətin Gürakdır. Bu formatda növbəti 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının 2019-cu ilin sonunda Azərbaycanda keçirilməsi planlaşdırılır.

Xəbər lenti
0