CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda rəssamların sərgisi başlayır

© Photo : Facebook / Bakhtiyar Miryusif MammadovBakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyir ki, sərgidə Azərbaycanın görkəmli rəssamlarının əsərləri nümayiş olunacaq
Bəxtiyar Məmmədov: “Metronun “Nəriman Nərimanov” stansiyasında sərgi keçiriləcək”

Dekabrın 20-dən Bakı metrosunda Milli İncəsənət Muzeyi ilə birgə Azərbaycanın görkəmli rəssamlarının sərgisi təşkil olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sərgi 6 ay davam edəcək: “Metronun “Nəriman Nərimanov” stansiyasında keçiriləcək sərgidə görkəmli rəssamların 85 əsəri nümayiş olunacaq. Sərgidə, həmçinin muzeyin nümayəndələri əsərlər barədə sərnişinlərə ətraflı məlumat verəcəklər”.

Bəxtiyar Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0